Tərtərdə şəhidin nişanlısı intihar etdi - ÇOX ÜZÜCÜ XƏBƏR
Vətən uğrunda gedən savaşda şəhid olan Tərtər rayon sakini Mehdi Elçin oğlu Məmmədovun nişanlısı və yaxın qohumu Mələk Vaqif qızı Sultanova intihar edib.
Bu barədə Redaktor.az-a Tərtər rayon İcra Hakimiyyətindən məlumat verilib.
Məlumata görə, bu gün şəhidin dəfn mərasimindən qayıdan zaman Mələk Sultanovanın intihar etdiyi məlum olub.
M.Sultanovanın nişanlısının ölümünə dözmədiyi üçün intihar etdiyi bildirilib.
Qeyd edək ki, Mələk Sultanova 11-ci sinifdə təhsil alırdı.
Mahir Xəttab \ Redaktor.az












