Evləri dağıdılan insanların aqibəti necə olacaq? - YARDIMLAŞAQ!

 13:59 14.10.2020     611

Ermənistan mülki əhalini hədəf almağa, öz faşist üzünü göstərməyə davam edir. Bunun nəticəsində yüzlərlə evə ziyan dəyib. Bəs, evlərini itirən insanların bundan sonrakı aqibəti necə olacaq?

Bu barədə Redaktor.az-a müsahibəsində sosioloq Əhməd Qəşəmoğlu bildirib ki, yaxşı olardı ki, dövlətlə yanaşı fərdi sahibkarlar, yaxud şirkətlər də müəyyən dəstəklərinə davam etsinlər.  

“Bu, müharibə şəraitində olan ölkədə baş vermiş təbii fəlakətdir. Təbii fəlakətlər zamanı əhaliyə dəyən zərərin ödənildiyi kimi, bu zamanlarda da dağıdılan bütün yaşayış məntəqələri nəzərə alınır. Amma yaxşı olardı ki, dövlətlə yanaşı fərdi sahibkarlar, yaxud şirkətlər də müəyyən dəstəklərinə davam etsinlər. Bu zamanlarda artan vətənpərvərlik hissləri və qələbə əzmi nəticəsində özəl sektorların da dəstəyini gördük. Bizim xalqın adətidir ki, bir evə, ailəyə zərər dəyəndə qonşu onun köməyinə gəlir. Bu,artıq əsrlərdən bəri mövcud olan bir ənənədir. Ona görə də, bu sahədə fərdi şirkətlər tərəfindən yardımlaşmada davamlılığın yaranaması yaxşı haldır.

Təbii ki, belə hadisələr üçün dövlət tərəfindən planlanmış normativlər, qəza halları zamanı dəymiş ziyanın ödənilməsi məsələsi mövcuddur. Amma bir fərd, vətəndaş kimi dövlətə dəstək olmaq da üstün keyfiyyətlərdəndir”.

Şəfəq Samed \ Redaktor.az 

Vumart və Güvən reklamı Vumart Güvən