Bakı küçələrində gəzişən yük avtomobilləri... - NƏZARƏT OLUNMUR!

 11:29 21.10.2020     955

Bakı şəhərinin mərkəzi küçələrində, gündüz saatlarında ağır tonlu avtomobillərin hərəkətinə rast gəlirik. Belə avtomobillər minik avtomobillərinin sərbəst hərəkətinə maneə olurlar.

Redaktor.az-a açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, hər gün görürük ki, ağır tonlu avtomobillər yollarda şütüyürlər. Bu problemi artırmadan qaldırmaq lazımdır:

“Bakı şəhərinə 5 tondan artıq çəkisi olan avtomobillərin girişi səhər saat 7:00-dan axşam saat 21:00-a qədər qadağandır. Bu qanun 2015-ci ildə qəbul olunub. Bu avtomobillərin Bakı şəhərində, intensiv yollarda hərəkəti həm piyadalar, həm də sürücülər üçün olduqca böyük təhlükədir. Həmin avtomobillərin yolu keçən piyadayla heç bir vizual kontaktı olmur. Yəni, sürücü piyada ilə bir-birini, eyni zamanda yolun sağında, yaxud solunda irəliləyən minik avtomobillərinin hərəkətini görə bilmir. Elə həmin minik avtomobilləri də yük avtomobili ilə uyğunlaşa, paralel hərəkət edə bilmir. Bu, böyük problemdir. Ağır tonlu maşınlarının törətdiyi yol qəzalarının şahidi olmuşuq. Bu məsələ kökündən həll olmalıdır. Bu və ya digər avtomobilin şəhərə daxil olma icazəsi məsələləri də ləğv olunmalıdır”.

Şəfəq Samed \ Redaktor.az