Qəbələdə avtomobil piyadanı vuraraq öldürüb

 09:45 21.10.2020     264

Qəbələ rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az xəbər verir ki, rayonun Soltannuxa kənd sakini Allahyar Baxışlı idarə etdiyi "VAZ 21015" markalı minik avtomobili ilə Qəbələ-Ağdaş yolunda hərəkətdə olan zaman Zarağan kəndi ərazisində piyada, 1958-ci il təvəllüdlü Aydınqışlaq kənd sakini Qafarov Şərafəddin Şərif oğlunu vurub. Ş. Qafarov aldığı ağır xəsarətlər səbəbindən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır. //APA