Bakıda uzun tıxacların səbəbi: "Avtomobillər və insanlar çoxdur..." - MİLLƏT VƏKİLİ
Bildiyimiz kimi, koronavirus (COVID-19) pandemiyasının qarşısını almaq məqsədilə Bakı metrosu bağlanıb.
İnsanlar digər nəqliyyat vasitələrindən istifadə etdiklərinə görə, artıq yollarda sıxlıq daha çox müşahidə olunur.
Redaktor.az-a müsahibəsində millət vəkili Rüfət Quliyev bildirib ki, başlıca səbəb avtomobillərin çox olmasıdır:
“Şəhərin müəyyən ərazilərində sıxlığın yaranmasında başlıca səbəb maşınların çox olmasıdır. Bu da ona görədir ki, şəhərdə yaşayan insanların sayı çoxalıb. Təkcə Bakı şəhərində 3 milyona yaxın insan yaşayır və onların burada məskunlaşmasında səbəb iş imkanlarının geniş olmasıdır. Bu barədə müəyyən qərarlar planlaşdırılır ki, rayonlarda iş yerləri açılsın və bununla da şəhərdəki sıxlıq nisbətən azaldılsın. Hələlik isə yollarda baş verən sıxlıq barədə tədbirlər aid olduğu qurumlar tərəfindən həll edilməlidir”.
Şəfəq Samed \ Redaktor.az












