Heydər Əliyev Mərkəzi Türkiyə bayrağına büründü - FOTO
Türkiyənin Respublika Günü münasibətilə Bakı Olimpiya Stadionu və Heydər Əliyev Mərkəzi qardaş ölkənin bayrağı ilə işıqlandırılıb.
Redaktor.az xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin “Facebook” hesabında paylaşım edilib:
“Cümhuriyyət Bayramımız münasibətilə bu gün Bakı Olimpiya Stadionunda bayrağımız təsvir olunub. Təşəkkürlər Azərbaycan!”, - deyə səfirlikdən bildirilib.
Heydər Əliyev Mərkəzi ilə bağlı görüntüləri isə Türkiyənin NTV televiziyası paylaşıb.












