Bakı üzrə yeni abonentlərin sayı AÇIQLANDI

Bu ilin yanvar-oktyabr ayları ərzində “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 61 min 453 yeni abonent qeydiyyata alınıb.
Redaktar.az-ın məlumatına görə, bu barədə “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bunun 44 min 176-sı Bakı, Abşeron və Sumqayıt, 17 min 277-si isə regionlar üzrədir.
Oktyabr ayı ərzində isə əhali sektoru üzrə qeydiyyata alınan yeni abonentlərin sayı 7115 təşkil edib. Bunun 5404-ü Bakı, Abşeron və Sumqayıt, 1711-i isə regionlar üzrədir.
Beləliklə, hazırda birliyin ümumi əhali abonentlərinin sayı 2 mln. 310 min 414 təşkil edir.
Bundan 1 mln. 413 min 177 abonent regionların, 897 min 237 abonent isə Bakı şəhərinin payına düşür.