İrriqasiya sistemlərinin bərpasına başlanıldı - Azad edilən ərazilər

Bu gün "Meliorasiya və Su Təsərrüfatı" ASC-də işğaldan azad edilmiş ərazilərdə meliorasiya və irriqasiya sistemlərinin bərpası ilə əlaqədar tədbir keçirilib.
Redaktor.az xəbər verir ki, qurumun sədri Əhməd Əhmədzadə qeyd edib ki, işğaldan azad olunmuş ərazilər Azərbaycanın su imkanlarının artırılması istiqamətində böyük əhəmiyyət daşıyır:
"Hazırda işğaldan azad edilmiş ərazilərdə irriqasiya və meliorasiya sistemlərinə dəymiş zərərin inventarlaşma işləri dəqiqləşdirilir.
İşğaldan azad edilmiş ərazilərdə 9 ədəd su anbarları, 1429 subartezian quyuları, 88 ədəd nasos stansiyaları, 8 mindən çox hidrotexniki qurğular var. Əsas işimiz dəymiş zərərin aradan qaldırılması və infrastruktur layihələrinin icrasıdır. İşğaldan azad edilən yerlərdə suvarma sistemləri idarələrinin fəaliyyəti bərpa ediləcək", - Ə.Əhmədzadə əlavə edib.