"Vikipediya"da Şuşanın erməniləşdirilmiş adı silinib

 12:18 16.11.2020     50217

"Vikipediya" resursunun rusdilli bölməsində Şuşa şəhərinin erməni adı yığışdırılıb və yalnız Azərbaycan dilində olan versiyası saxlanılıb.

Redaktor.az-ın məlumatına görə, "Vikipediya"da dəyişikliklər Azərbaycan ordusunun Ermənistan üzərində qələbəsindən sonra baş verib.

Bundan başqa, Azərbaycanın iri şəhərləri sırasında Gəncə, Naxçıvan, Mingəçevirlə yanaşı Xankəndi şəhəri də yer alıb. //Trend