Kəlbəcərdə erməni vəhşiliyi davam edir - "Buna görə cavab verəcəklər..."

 23:03 16.11.2020     368

"Ermənilərin əməllərində heyrət doğuracaq bir şey yoxdur. Biz onların hansı xislətdə olduğunu yaxşı bilirdik. Tarix boyu ermənilər terrorçu, dağıdıcı olduqlarını nümayiş etdiriblər".

Bu sözləri Redaktor.az-a millət vəkili Elşad Mirbəşiroğlu ermənilərin Kəlbəcərdə törətdiyi vəhşilikdən danışarkən deyib:

“Ermənilər Azərbaycanın göstərmiş olduğu hümanistliyin qarşılığında ərazilərimizi boşaldarkən mülkü obyektləri, infrakstrukuru, meşələri məhv edir. Onlar orada yaşayış üçün şəraitin qalmasına imkan vermirlər. Bu, onların mağara təfəkkürünə dəlalət edir. Belə olmasaydı əsrlər boyu ermənilərdən qonşu xalqlara qarşı təcavüz aktları olmazdı. Tarixdən bizə bəllidir ki, regionda dağıdıcılıq, terror aktları hər zaman ermənilərin vasitəsi ilə həyata keçirilib. Yəni, hər zaman onlar dağıdıcılıq üçün “efektiv” bir alət olub. Bu gün, 21-ci əsrdə də ermənilər göstərir ki, onlar bu düşüncədən əl çəkməyib. Kəlbəcərdə etdikləri də bunun ən böyük sübutudur”, - E.Mirbəşiroğlu bildirib:

Millət vəkili ermənilərin törətdikləri bütün vəhşiliklərə görə cavab verməli olduqlarını bildirib:

“Ermənilər bu davranışlarla onsuzda neqativ obrazlarını daha da korlayırlar. Bütün dünyanın gözü qarşısında vəhşilik, barbarlıq göstərirlər. Bu da təbii olaraq Azərbaycanın yüksək mədəni dəyərlərə malik olmasını qabardır. Çünki hər şey müqayisə əsasında ortaya çıxır. Onların bu əməlləri cəzasız qalmayacaq. Ermənilər vurmuş olduqları hər bir zərərə görə təzminat ödəməli olacaqlar. Bizim bu təzminata nail olmaq üçün kifayət qədər əsasımız və imkanlarımız var. Əlavə olaraq 30 ilə yaxın müddətdə işğal altında qalan torpaqlardan Azərbaycan xalqı hansı mənfəətləri əldə edə bilərdilərsə, bunların da hamısı mütləq şəkildə beynəlxalq ekspertlərin yaxından iştirakı ilə hesablanacaq və ermənilər bunun da təzminatını ödəməli olacaqlar. Düşmənin Kəlbəcərdə törtədiyi vəhlişiklərin ən böyük zərəri məhz ermənilərin özünə dəyəcək. Onlar bütün bunların mütləq şəkildə cavabını verəcək. Artıq ermənilər dünya ictimaiyyəti qarşısında özlərini məzlum formasında göstərə bilməyəcəklər”.

Mahir Xəttab \ Redaktor.az