Ermənilərin dəhşətli əməli: Qəbirləri eşib, sümükləri... - VƏHŞİLİK!

 13:55 19.11.2020     1010

Bildiyimiz ki, ermənilər Kəlbəcərdən çıxarkən yaşadıqları evi, sahələri, hətta ağacları belə yandırır. Amma ən qəribəsi isə qəbirləri eşib, ölülərini özləri ilə daşımalarıdır.

Maraqlıdır, bir insan, yaxud xalq öz ölüsünü niyə qəbirdən çıxarır? Ümumiyyətlə, qəbirlərin bu formada daşınması xiristian dininə nə dərəcədə uyğundur?

Məsələ ilə bağlı Redaktor.az-a danışan İçərişəhər Cümə məscidinin axundu Hacı Surxay Məmmədli ermənilərin bu əməlinin xiristian dini ilə əlaqəsinin olmadığını bildirib:

“Kəlbəcərdə qəbirlərin eşilib, cəsədlərin daşınması ermənilərin bir daha o torpaqlara qayıtmayacaqlarını başa düşdüyünü göstərir. Tarix boyu ermənilər bu cür əməllər ediblər. Yəni, bu əməlin dini inancla əlaqəsi yoxdur. Ümumiyyətlə, nə xiristian, nə yəhudi, nə də islam dinində qəbirləri dağıtmaq, sümükləri çıxarıb başqa yerə daşımaq düzgün hesab olunmur. Amma təbii ki, ermənilər heç bir dinə bağlı olmadıqları üçün onlar bunu bilmir. Əgər onlar dinin nə olduğunu bilsəydilər, məscidlərdə donuz saxlayıb, oranı murdarlamazdılar. Qərbirlərin eşilməsi, sümüklərin daşınması ermənilərin tarixi ənənələrindən qaynaqlanır. Tarixdə bir neçə dəfə ermənilər çıxdıqları torpaqlardan öz qəbirlərini eşib, sümükləri çıxardıb aparıblar. Onlardan hər şey gözləmək olar. Çünki bu millət vəhşi və barbardır. Onlar mənəvi və dini dəyərləri başa düşəcək təvəkkürdə deyil".

Mahir Xəttab \ Redaktor.az