Bu şəxslər açıq havada siqaret çəkə bilər - DİN-dən AÇIQLAMA

 15:05 23.11.2020     1276

İnsanların sıx olmadığı yerlərdə siqaret çəkmək, su içmək, qida qəbul etmək qadağan deyil.

Daxili İşlər Nazirliyindən (DİN) Redaktor.az-a verilən məlumata görə, bu məsələdə yanış anlaşılma var:

“Ehsan müəllimə sualı qarışıq verdikləri üçün onun verdiyi cavab yanlış başa düşülüb. Açıq hava geniş anlayışdır. Əgər vətəndaş insanların sıx olduğu yerlərdə siqaret çəkər, su və ya qida qəbul edərsə, inzibati qaydada məsuliyyətə cəlb ediləcək. Yəni, qadağa insanların sıx toplaşdığı yerlərə aiddir. Küçədə, parkda insanlardan kənarda siqaret çəkənlər cərimə olunmur. Sadəcə öncədən yayılan məlumatlar koronavirus pandemiyasının yayılmasının qarşısını almaq üçün tövsiyə xarakterli xəbərdarlıqlardır”.

Qeyd edək ki, ölkədə noyabrın 21-dən açıq havada maska taxmaq məcburidir. Buna əməl etməyənlər 100 manat məbləğində cərimə olunur.

Mahir Xəttab \ Redaktor.az