Azərbaycan elminə ağır itki üz verib

 11:28 24.11.2020     1315

Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin Qafqaz xalqları tarixi kafedrasının dosenti Qurbanov Rafiq Oruc oğlu vəfat edib.

Redaktor.az xəbər verir ki, bu barədə universitetin Mətbuat-informasiya şöbəsiunin müdiri Günel İsgəndər məlumat verib.

79 yaşında dünyasını dəyişən R.Qurbanov 1965-1969-cu illərdə BDU-nun Tarix fakültəsində təhsil alıb.

O, 1972-ci ildən BDU-da pedaqoji fəaliyyətə başlayıb.

Allah rəhmət eləsin!

Mahir Xəttab \ Redaktor.az