Sıxlıq səbəbindən avtobuslar gecikir... - BAKI

 18:55 27.11.2020     427

Bakının əksər küçə və prospektlərində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur.

Redaktor.az bildirir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumata verilib.

Bildirilir ki, hazırda qeyd edilən ərazilərdə sıxlıq var:

Ziya Bünyadov prospekti – Çermet körpüsündən 20 yanvar dairəsi istiqamətində və Ayna Sultanova parkından Koroğlu metrosu istiqamətinə qədər

Tbilisi prospekti –şəhər istiqamətində və 20 yanvar dairəsi istiqaməti

Koroğlu Rəhimov küçəsi -Heydər Əliyev prospekti istiqamətində 

Yusif Səfərov küçəsi –Heydər Əliyev prospekti istiqaməti

Üzeyir Hacıbəyov küçəsi –Cavanşir körpüsünün üstü 

Abbasqulu ağa Bakıxanov küçəsi –Türkiyə səfirliyi istiqamətində nisbətən sıxlıq var

Şah İsmayıl Xətai prospekti –Təhsil Nazirliyinin yanı Heydər Əliyev prospekti istiqamətində 

Mikayıl Əliyev küçəsi –Heydər Əliyev prospekti istiqamətində 

Mikayıl Useynov prospekti –Azneft dairəsi istiqamətində 

Neftçilər prospekti –Azneft dairəsi istiqamətində 

Mustafa Kamal Atatürk prospekti –Ziya Bünyadov prospekti istiqamətində 

Heydər Əliyev prospekti –şəhər istiqamətində kənar yol 

Sıxlıq səbəbindən bütün istiqamətlərdə avtobuslar gecikmə ilə hərəkət edir.