Bakıdakı mənzillər kimlərə veriləcək? - Köçürülmdən sonra...

Məcburi köçkünlərin köçürülməsi zamanı boşaldılan evlər şəhid ailələrinə və qazilərə verilə bilərmi?
Millət vəkili Ramil Həsən bildirib ki, burada çox böyük bir əhalinin say tərkibindən söhbət gedir:
"Hər il təxminən 15 min əhalinin köçürülməsi nəzərdə tutulur. İnfrstrukturun qurulması, vətəndaşlarımızın evlərlə, lazım olan müəssisələrlə təmin edilməsi, yəni məktəb, iş yerləri, baxça, kənd təsərrüfatı və bu kimi yaşayış üçün vacib olunan məsələlər həll olunduqdan sonra insanlarımızın oraya köçürülməsi başlayacaq.
Vətən müharibəsi dövründə şəhid və qazi olan əsgərlərimiz var. Həmin şəxslərin ailələrinin ev şəraitinin yaxşılaşdırılması istiqamətində dövlətimizin sosial layihələri var.Düşünürəm ki, köçürülmə dövründə bu evlər boşaldıqdan sora dövlətin müvafiq orqanları müəyyən addımlar ataraq, həmin imtiyazdan olan, vətən uğrunda döyüşərək şəhid və qazi olanların ailələrini diqqətdə saxlayacaq". //Sonxeber.az