Koronavirusla bağlı pis xəbər... - 2021-ci ilin sonuna qədər...

 14:35 30.11.2020     1352

Dünyanı cənginə alan koronavirusun nə vaxt bitəcəyi hər kəsi maraqlandıran məsələlərdən biridir.

Redaktor.az xəbər verir ki, Türkiyəli professor Coşqun Usta təxminən 2021-ci ilin mart-aprel aylarında virusun bitəcəyini bildirib:

“Virusun qarşısını almaq üçün vaksinin olması şərtdir, başqa şansımız yoxdur. Vaksin tətbiq edilməyə başladıqdan sonra özümüzə gələməyə, normal həyatımıza qayıda bilərik. Vaksinə qarşı olanlar onun tətbiqindən sonra nə qədər səhv fikirdə olduqlarını görəcəklər.

Mart-aprel aylarında vaksinin müsbət təsirini görəcəyik. Tibb işçiləri olaraq çox xoşbəxt və qürurluyuq. Vaksin sayəsində bütün dünya ciddi bir bəladan qurtulacaq”, - deyə o bildirib.

Mahir Xəttab \ Redaktor.az