Könüllü xanımlardan növbəti xeyriyyəçilik aksiyası - FOTO / VİDEO

 23:52 30.11.2020     4982

Könüllü xanımlardan ibarət komanda növbəti dəfə xeyriyyəçilik aksiyası keçirib.

Redaktor.az xəbər verir ki, Nuranə Səfərova, Çinarə Məmmədova, Nuranə Karakurt, Nərgiz Tağıyeva, Naidə Dadaşova, Aygül Quliyeva və Aysel Dəvrişova İkinci Qarabağ müharibəsinin iştirakçısı olmuş qəhrəman qazilərimizi ziyarət ediblər.

Vətən uğrunda igidliklə döyüşən və əldə etdiyimiz tarixi qələbədə mühüm rolu olan qazilərimizə göstərdikləri böyük fədakarlığa və cəsarətə görə minnətdarlıq bildiriblər. Onlara müxtəlif hədiyyələr təqdim ediblər.

"Müzəffər Ali Baş Komandamız İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın bütövlüyü uğrunda vuruşmaq bizim üçün şərəfdir", - deyə qazilərimiz göstərilən diqqətə görə təşəkkür ediblər.

Vumart və Güvən reklamı Vumart Güvən