Bu şəxslər ayda 180 manata mənzil ala bilər - VİDEO

 15:05 03.12.2020     561

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Bakının Suraxanı rayonunun Hövsan qəsəbəsindəki Hövsan Yaşayış Kompleksinin 1 saylı binası üzrə 27, 4 saylı binası üzrə 121, 5 saylı binası üzrə 260 və 6 saylı binası üzrə 93 mənzili - ümumilikdə 501 mənzili satışa çıxarıb.

Redaktor.az xəbər verir ki, satış dekabrın 18-də, saat 11:00-da başlayacaq və dekabrın 28-də, saat 11:00-da başa çatacaq.

MİDA-nın sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi qaydası”na uyğun olaraq gözləmə qaydasında mənzillərin seçimi dekabrın 22-də, saat 11:00-da başlayacaq və dekabrın 28-i, saat 11:00-a qədər davam edəcək.

Daha ətraflı videodan izləyin:

 

Vumart və Güvən reklamı Vumart Güvən