HƏKİM: Koronavirusa görə bu dərmanları içməyin - ÖLDÜRƏ BİLƏR!

 16:28 07.12.2020     1168

Son günlər sosial şəbəkələrdə yayılan iddialarda bildirilir ki, koronavirusdan şəxslər qan laxtalanması səbəbindən ölür və bunun qarşısını almaq üçün "Aspirin"dən və ya “Cleksan” iynəsini istifadə etmək lazımdır.

Məsələ ilə bağlı Redaktor.az-a danışan həkim-radioloq Aydın Əliyev özbaşına dərman qəbulunun əks təsirlərinin ola biləcəyini bildirib:

“Düzdür, virus qanın laxtalanmasına təsir edir və çoxlu miqdarda trombların əmələ gəlməsinə səbəb olur. Viruslu xəstələrin müalicəsində bu səbəbdən "Aspirin", “Cleksan” və digər qan durulducu vasitələrdən istifadə edilir. Amma bu dərmanlar həkim məsləhəti ilə qəbul edilməlidir. Təkcə "Aspirin" və ya “Cleksan”yox, ümumilikdə həkim məsləhəti olmadan hər hansısa bir dərmanın qəbul edilməsi ciddi fəsadlara yol aça bilər. Dərman qəbulundan əvvəl xəstə müayinə olunmalıdır. Orqanizm hər kəsdə fərqlidir, bir insana xeyir edən dərman, digərinə pis təsir edə bilər. Bu baxımdan, sosial şəbəkədə yazılan “resept”lər əsasında dərman almaq, onu kiməsə tövsiyyə etmək yolverilməzdir”.

Mahir Xəttab \ Redaktor.az

Vumart və Güvən reklamı Vumart Güvən