Xəstəxanalarda yer yoxdur, dərman 100-150 manat... - VƏZİYYƏT AĞIRLAŞIR

 10:36 08.12.2020     1717

"Karonavirusla mübarizə xeyli çətinləşib. Xəstəxanalarda yer tapmaq mümkün deyil. Xəstəliyə yoluxmuş insanların çoxu evdə necə gəldi müailcə olunurlar".

Bu sözləri Redaktor.az-a millət vəkili Fazil Mustafa koronavirusun sürətlə yayılmasından danışarkən deyib. O bildirib ki, qoruyucu vasitələrdən istifadə etməməyə görə cərimələrin tətbiqi də prosesi ləngitməyə təsir göstərmir:

“Əsas problem test üçün təyin olunan qiymətlərin çox baha olmasıdır. Əksər insanlar 100-150 manat vəsaitləri olmadığına üçün müxtəlif əlamətlərə görə xəstəliyin başladığını özləri təyin edib, yaxınlarının və ya tanışlarının tətbiq etdiyi üsullardan istifadə edirlər. Qeyri-peşəkar müalicənin nəticələri də bir çox hallarda ürəkaçan olmur.

Bəzən isə bir gün öncə bir klinikada neqativ çıxan test, sabah başqa klinikada pozitiv çıxırsa, bu da əlavə maddi və psixoloji problemlər yaradır. Test pozitiv çıxdığında adamlar dərhal qaçırlar kompüter tamoqrafiyası vasitəsi ilə ciyərlərini yoxlatmağa. Burada da 90-110 manat, əgər evə çağırırlarsa 180 manata qədər vəsait ödəməli olurlar. Klinikalarda növbə hədsiz çox olduğundan, bu yoxlama da bir neçə gün gecikə bilər. Ardınca dərmanların qiyməti də kəlləçarxa çıxdığından, insanlar müalicə almaqda xeyli çətinlik çəkirlər. Bütün bu sıxıntılar dünyanın hər bir ölkəsində var. Bu baxımdan səhlənkarlığa görə nə müvafiq qurumları, nə də qoruyucu vasitələrdən istifadə etməyən vətəndaşları qınamaq fikrində deyiləm. Sadəcə təcili çıxış yolu tapılmalıdır”.

Mahir Xəttab \ Redaktor.az