Koronavirus testi 30 manata endirilə bilər - MİLLƏT VƏKİLİ

 12:27 08.12.2020     1123

"Test qiymətləri 50 manatı keçməməlidir. Hətta gəlir səviyyəsi aşağı olan vətəndaşlar üçün 30 manata qədər endirilməlidir".

Bu sözləri Redaktor.az-a millət vəkili Fazil Mustafa koronavirus testlərinin qiymətlərinin aşağı endirilməsi haqqında danışarkən deyib. O bildirib ki, qiymətlərin baha olması bəzi vətəndaşlar üçün çətinlik yaradır:

“Eyni zamanda kompüter tamoqrafiyası üçün də ödənişlər 50 manatı keçməməlidir. Apteklərdə də COVID-19 üçün istifadə olunan dərmanların da maksimum qiymət standartları nəzarətə götürülməli, möhtəkirliyə qarşı ciddi tədbirlər görülməlidir. COVID-19 səbəbindən tətbiq olunan məhdudiyyət tədbirləri onsuz da insanların iqtisadi vəziyyətinə ciddi təsir göstərib, gəlir səviyyəsi aşağı düşüb. Bu elə bir xəstəlikdir ki, onun fəsadlarına qarşı dövlət və vətəndaşlar bir-birinə dəstək verərək effektli mübarizə apara bilərlər”.

Fazil Mustafa da Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edənləri  qınadı- koordinat.az

Millət vəkili həkimlərin işini asanlaşdırmaq üçün də təklif irəli sürüb:

“Həkimlərimizin və tibb bacılarımızın da durumu hədsiz dərəcədə ağırdır, onların arasında da itkilərimiz çoxdur. Onların da işini asanlaşdırmaq məqsədi ilə evlərdə müailicə alanlar üçün formal deyil, işləyən "qaynar xətt" şəbəkəsi qurulmalıdır ki, insanlarımız zəng edib peşəkar tibbi məsləhət və tövsiyyələr ala bilsinlər. Hər evə həkim gedə bilmirsə, xəstələrə vaxtında yetişməyə təcili yardımın imkanları xeyli çətinləşibsə, heç olmasa insanların öz-özlərini xilas etməsi üçün ilkin addımları doğru atmasına yardım etmək vacibdir.

Allah bütün xəstələrimizə şəfa versin, dünyasını dəyişənlərə rəhmət etsin, həkimlərimizi və tibb bacılarımızı qorusun, onlara güc versin ki, bu bəlada minimum itkilərlə çıxa bilək”.

Mahir Xəttab \ Redaktor.az

Vumart və Güvən reklamı Vumart Güvən