Şəhid ailələri və qazilərə dövlət dəstəyi - "YAŞAT"

 22:48 08.12.2020     1209

"Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğurunda yaralananların və şəhid ailələrinin sosial  təminatına dəstək məqsədilə “YAŞAT” fondunun yradılması  sadəcə belə ailələrin sosial problelərinin həll edilməsi deyil, həm də cəmiyyətimizdə yardımlaşma və dayanışma ruhunun möhkəmlənməsinə verilən töhfə deməkdir".

Bu sözləri Redaktor.az-a millət vəkili Hikmət Babaoğlu deyib. O bildirib ki, Azərbaycanda şəhid ailələri və qazilərə dövlət tərəfindən hər cür yardım edilir və dövlətimizin sosial siyasətinin mərkəzində duran ən əsas məsələlərdən biri də məhz bu istiqamətdə fəaliyyətin yüksək səviyyədə təşkil olumasıdır:

“Şəhid ailələrinə və müharibə veteranlarına birdəfəlik yardım da daxil olmaqla çoxsaylı güzəştlərin tətbiq olunması, onların mənzil və avtomibillərlə təmin edilməsi, aylıq müavinət və təqaüdlərin verilməsi, vergi güzəştlərinin nəzərdə tutulmas və.s kimi bu qəbildən olan sosial güzəştlər yalnız bu təminatın kiçik bir qismidir. İşverənlərə bu statusda olan vətəndaşlarımız üçün məcburi kvotanın müəyyən edilməsi, özünüməşğulluqla bağlı çoxsaylı layihələrin həayata keçirilməsi və maliyyələşdirilməsi də güzəştli ailələrimiz üçün nəzərdə tutulan digər koteqoriyaya aid fəaliyyət növüdür. Ancaq bütün bunlarla yanaşı ayrı-ayrı vərtəndaşlarımızın da şəhid və qazilərimizin ailələrinə bu və ya digər formada yardım etmək istəyinin kütləvi olması, həmin sahədə bir koordinasiya fəaliyyətini zəruri edirdi ki, yeni yaradılan “YAŞAT” fondu da məhz bu funksiyanı yerinə yetirəcək. Bizim ən yaxşı milli xüsusiyyətlərimizdən bir qarşılıqlı yardımlaşma və bunun üçün cəmiyyətin səfərbər olma əzmi göstərə bilməsidir.

Mahir Xəttab \ Redaktor.az

Vumart və Güvən reklamı Vumart Güvən