Nazirlikdən 190 manatla bağlı mühüm AÇIQLAMA
Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, 2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək bütün ölkə üzrə sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq ediləcək.
Sərt karantin müddəti ərzində əvvəlki sərtləşdirilmiş karantin rejimi zamanı müəyyən edilmiş ehtiyacı olan təqribən 600 min nəfərə 190 manat birdəfəlik maddi yardım ediləcək.
Bəs, son yalarda işsiz qalan vətəndaşlara 190 manat yardım olunacaqmı?
Məsələ ilə bağlı Redaktor.az-a açıqlama verən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıbov bununla bağlı nazirlik tərəfindən açıqlama veriləcəyini bildirib:
“Son aylarda işsiz status alan vətəndaşlarla bağlı açıqlama veriləcək”, - deyə o bildirib.
Mahir Xəttab \ Redaktor.az












