Müdafiə Nazirliyi “YAŞAT” Fonduna vəsait köçürüb

 19:05 09.12.2020     291

Azərbaycan Respublikası Prezidentinin 08 dekabr 2020-ci il tarixli “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun yaradılması haqqında” Fərmanına əsasən yaradılan “YAŞAT” Fonduna Müdafiə Nazirliyinin rəhbərliyi bir aylıq pul təminatının 50 % həcmində vəsaiti  köçürüb.

Bu barədə Redaktor.az-a Müdafiə Nazirliyindən bildirilib.

Vumart və Güvən reklamı Vumart Güvən