Polisə yeni xidməti avtomobillər verildi - FOTO

 10:06 12.12.2020     793

Daxili işlər orqanları əməkdaşlarına yeni avtomobillər verilib.

Redaktor.az-ın məlumatına görə, yeni pikap avtomobilləri müasir yeni mobil cihazlarla təmin olunub. Amerika istehsalı olan yeni avtomobillər artıq polislərə təqdim olunub. Avtomobillər əsasən post-patrul xidməti şəxsi heyəti üçün nəzərdə tutulub. Qabaqcıl dövlətlərin polis xidmətlərinin istifadə etdiyi bu avtomobillər daha cəld manevr qabiliyyətinə malikdir.

Azərbaycan polisi artıq yeni avtomobillərlə xidmətə başlayıblar.

Azərbaycan polisinə yeni xidməti avtomobillər verildi (FOTO) - Gallery Image

Vumart və Güvən reklamı Vumart Güvən