Bakıda polis postlarında niyə tıxac yaranır? - EKSPERT İZAH EDİR...

 15:10 16.12.2020     1226

"SMS icazə tətbiq edildikdən sonra yollarda postlar qurulub. Nəticədə, yollarda tıxac yaranır, sürücülər uzun müddət gözləməli olur".

Bu sözləri Redaktor.az-a açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov deyib. O bildirib ki, bu məsələdə birmənalı şəkildə polisi də qınamaq olmaz. Çünki polis özünə uyğun, daha əlverişli yollarda postlar qurur ki, yoxlanış rahat olsun:

"Təbii ki, burada vətəndaşları da nəzərə almaq lazımdır. Yaxşı olardı ki, həmin postlar vətəndaşların rahatlığı üçün daha münasib olan yerlərdə qurulsun. Bununla yanaşı təkcə avtomobillə hərəkət edən vətəndaşların deyil, həmçinin ara yollarda piyadaların hərəkət icazələrinin yoxlanılması üçün səyyar polis postları qurulsa, daha yaxşı olar. Bu zaman yola düşən yük də azalar".

Şəfəq Samed \ Redaktor.az

Vumart və Güvən reklamı Vumart Güvən