Səhiyyə Nazirliyi "ləğv" edilib? - TƏBİB isə "problem yoxdur" deyir

 15:10 18.12.2020     633

Son günlər ölkədə koronvirusa yoluxanların sayında ciddi artım müşahidə olunur. Yoluxanların əksəriyyəti baxımsızlıqdan, Səhiyyə Nazirliyinin və TƏBİB-in onlarla maraqlanmamsından şikayət edirlər. Təkcə sosial şəbəkələrdə bununla bağlı yüzlərlə statuslara rast gəlmək olar.

TƏBİB-in İctimaiyyətlə əlaqələr şöbəsindən Redaktor.az-a verilən məlumata görə, yoluxma sayının çox olması onların da işində çətinlik yaradır:

“Bildiyiniz kimi, son bir neçə gündür yoluxma sayında kəskin artım var, xəstəxanalarda müalicə alanların sayı çoxdur. Müəyyən qədər həkim çatışmazlığı da var. Bütün bunlara görə gecikmələr olur. Amma bizə ünvanlanan bütün şikyətlər araşdırılır və lazımı tədbirlər görülür”.

TƏBİB nümayəndəsi COVID-19 xəstələrinin pulsuz dərmanlarla  təmin olunmasında yaranan problemlərlə bağlı da danışıb:

“Bakı şəhəri üzrə pulsuz dərmanların verilməsini Səhiyyə Nazirliyinin balansında olan poliklinikalar həyata keçirir. Bölgələrdə isə TƏBİB. Evdə müalicə olunan xəstələrin hər biri dərmanla təmin edilir. Bu məsələ ilə bağlı şikayət olanda tərəfimizdən araşdırılır”.

Rayonlarda koronavirus testlərinin çatışmazlığı ilə bağlı danışan qurum nümayəndəsi, bu məsələdə də problem olmadığını, onlara hansısa şikayətin daxil olmadığını bildirib.

Maraqlıdır, hər şey TƏBİB-in dediyi kimidirsə, bəs niyə bu qədər şikayət var? Təkcə bizim redaksiyamıza gün ərzində 10-larla şikayət daxil olur. Vəziyyətdən belə aydın olur ki, TƏBİB ya şikayətləri obyektiv araşdırmır, ya da ümumiyyətlə maraqlanmır. Çünki obiyektiv araşdırsaydı, TƏBİB-lə bağlı bu qədər şikayət olmazdı...

Qeyd edək ki, Səhiyyə Nazirliyi ilə əlaqə saxlamağa çalışsaq da nazirliyin Mətbuat Xidməti zənglərimizə cavab vermədi. Görünür adı olub, özü olmayan Səhiyyə Nazirliyi və onun mətbuat xidmətini vətəndaşların şikayəti maraqlandırmır...

Mahir Xəttab \ Redaktor.az

 

 

Vumart və Güvən reklamı Vumart Güvən