Bakı məktəblərində müəllim və şagird SAYI

 11:05 21.12.2020     956

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində 308 ümumi təhsil məktəbi, 3 xüsusi ümumi orta məktəb və 5 əyani-qiyabi axşam məktəbi olmaqla, cəmi 316 məktəb və 5  Uşaq-Gənclər İnkişaf Mərkəzi fəaliyyət göstərir.

Redaktor.az-ın məlumatına görə, bu barədə İdarənin ilin yekunlarına dair hesabatda bildirilib. Qeyd edilib ki, BŞTİ-nin tabeliyindəki məktəblərdə 455994 şagirdin təlim-tərbiyəsi ilə 27686 müəllim məşğul olur.

BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin I siniflərində 44904, IX siniflərində 35615, XI siniflərində 20420, XII siniflərində isə (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) 149 nəfər təhsil alır.

Vumart və Güvən reklamı Vumart Güvən