Yenə "Niquş"un səsi yayıldı - "KORONAVİRUS xəstələrini döyün..." / VİDEO
Hər məsələdə yayılan votsap səsləri kimi, bu dəfə də türkəçarə müalicələr sosial şəbəkələrdə yayılmağa başlayıb. Belə ki, səsi ilə məşhur olan və “Niquş” kimi tanınan şəxs bildirib ki, ağciyərlərində "buzlu şüşə" olan xəstələri “döyməklə” sağaltmaq olar.
Bəs bu müalicə üsulu nə dərəcədə tibbi, yaxud elmi əsaslara söykənir?
Məsələ ilə bağlı Redaktor.az-a danışan tibb eksperti Adil Qeybulla belə şeylərin tiblə əlaqəsinin olmadığını bildirib:
“Çox təəssüf ki, insanlarımız belə şeylərə çox tez inanır. Amma bunlar mənasız şeylərdir və xəstəliyin sağalması ilə əlaqəsi yoxdur. Bu gün tibb kifayət qədər inkişaf edib, xəstəliklə mübarizədə müxtəlif tibbi üsullar mövcuddur. İnsanlar belə şeylərə inanmaq yerinə, düzgün yolla müalicə almağa çalışsınlar”, - deyə həkim qeyd edib.
Mahir Xəttab \ Redaktor.az












