Mülki şəxslər hərbi geyimdən istifadə edə bilməz - QANUNLA QADAĞANDIR!

 17:30 25.12.2020     1662

Sosial şəbəkələrdə bir sıra mülki şəxslərin hərbi formalardan istifadə etməsi sərt tənqid edilib. Bildirilib ki, bəzi şəxslərin hərbi formanl gündəlik geyim növünə çevirməsi doğru deyil.

Bəs, hərbi formadan mülki şəxslərin istifadə etməsi nə dərəcədə doğrudur?

Bu barədə Redaktor.az saytına açıqlamasında hərbi məsələlər üzrə ekspert Ramil Məmmədli deyib ki, hərbi geyim hərbçiyə aid olan xidməti formadır:

"Adından da bəlli olduğu kimi, hərbi təyinatlı geyim növüdür. Bu formadan istifadənin məqsədi də hərbi xidmətlə bağlı statusu göstərməkdir. Xidmətdən irəli gələn vəziyyətə uyğun olaraq bu geyimdən istifadə olunmalıdır. Yəni, xüsusi geyim kimi fərqlənir.

Dəfələrlə görmüşük ki, müxtəlif peşələrdə çalışan şəxslər hərbi geyimlərdən istifadə edirlər. Bu, həm mənəvi, həm də qanuni olaraq düzgün deyil. Onlar bu geyimdən istifadə etməklə nizamnamə qaydalarını pozurlar. Çünki hərbi geyimdən istifadənin özünün də qaydaları var. Vətəndaşlar bu məsələyə xüsusi diqqət yetirməlidirlər".

Şəfəq Samed \ Redaktor.az

Vumart və Güvən reklamı Vumart Güvən