Bu şəxslərə 190 manatın verilməsinə başlanıldı - DİQQƏT!

 10:34 26.12.2020     1800

Ölkədə tətbiq edilən xüsusi karantin rejimində işsiz və gəlirini itirən şəxslərə təyin edilən 190 manat birdəfəlik ödəmənin verilməsinə başlanılıb.

Redaktor.az bildirir ki, bunu açıqlamasında Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov deyib.

O bildirib ki, birdəfəlik ödəmələr dekabrın 25-indən vətəndaşlara ödənilir: "Artıq banklar ödəmələrin icrasına başlayıb. Ümumilikdə təxminən 600 min nəfərə 190 manat ödəniləcək. Birdəfəlik ödənişlər bu ayın sonuna qədər həyata keçiriləcək ". //Trend.az

Vumart və Güvən reklamı Vumart Güvən