TƏBİB sədri vəzifədən gedir? - Yerinə gələcək şəxs... - AÇIQLAMA

 12:31 26.12.2020     8850

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlının 2021-ci ildə vəzifəsindən azad olunacağı ilə bağlı məlumat yayılıb.

Redaktor.az-a daxil olan məlumata əsasən, artıq R.Bayramlının yerinə gələcək şəxs də bəllidir.

Məsələ ilə bağlı saytımıza açıqlama verən TƏBİB-in İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin əməkdaşı Elnarə Baxış yayılan xəbərlərin əsassız olduğunu bildirib:

“R.Bayramlının işdən çıxarılacağı ilə bağlı məlumatlar dezinformasiyadır”.

Qeyd edək ki, son günlər TƏBİB-in və Ramin Bayrmalının fəaliyyətini bəzi millət vəkilləri, həkimlər və cəmiyyət tərəfindən tənqid edilir. Onlar TƏBİB-in işinin öhdəsindən gələ bilmədiyini bildirirlər.

Mahir Xəttab \ Redaktor.az

Vumart və Güvən reklamı Vumart Güvən