İlk olaraq bu şəxslərə vaksin vurulacaq - Nazirlikdən açıqlama

 15:38 28.12.2020     1931

Bir neçə gündür Azərbaycanda kollektiv immunitetin formalaşdırılması üçün koronavirus əleyhinə vaksinlərin vurulması məsələsi gündəmdədir.

Bəs, vaksinasiya ilk olaraq kimlərə tətbiq ediləcək?

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Nabil Seyidov Redaktor.az-a bildirib ki, vaksinasiya ilk növbədə səhiyyə işçiləri və yaşı 65-dən yuxarı, şəkərli diabeti, ağ ciyər xəstəlikləri, immuniteti digər xəstəliklərə görə zəyif, ankoloji xəstəlikləri olan vətəndaşlara təklif ediləcək:

"Müəllimlərin vaksinasiyası da mühüm məsələdir. Təhsil millətin gələcəyidir və təhsilimizin təmin edilməsi, xüsusilə də bağçaya, məktəbə qədər və məktəbə gedən uşaqların təhsilə cəlb edilməsi çox önəmlidir. Ona görə, bu kateqoriyadan olan insanların da vaksinasiyası vacibdir”.

N.Seyidov Azərbaycanın hansı vaksinə üstünlük verəcəyindən asılı olaraq (ÜST-ün təsdiqlədiyi və qəbul etdiyi) 10 milyonluq əhalisi olan ölkəmizin vətəndaşlarının vaksinasiyası bir neçə aya baş verəcəyini bildirib.

3 il sonra Azərbaycanda ürək-damar və xərçəng xəstəlikləri ilə bağlı ölüm  halları 15 faizədək artacaq | Report.az

Mahir Xəttab \ Redaktor.az

Vumart və Güvən reklamı Vumart Güvən