TARİF ŞURASI: Təbii qazın qiyməti ilə bağlı vacib xəbər - YANVARIN 1-DƏN BAŞLAYIR!

 16:05 28.12.2020     1535

Bu il olduğu kimi, 2021-ci ilin yanvar ayının 1-də qaz sərfiyatıyla bağlı bütün abonentlərə yeni limit veriləcək.

Redaktor.az xəbər verir ki, Tarif Şurasının 22 dekabr 2016-cı il, 19 nömrəli qərarına əsasən, hər il yanvarın 1-də qaz sərfiyyatı ilə bağlı abonentlərin limiti yenilənir. 

Hesabat dövrü mexaniki sayğaclar üçün yanvarın 5-dən, "Smart-kart" tipli sayğacları üçün isə 1-dən götürülür. Limiti Tarif Şurası müəyyənləşdirir.

Qeyd edək ki, təbii qaza tətbiq edilən limitdə bir dəyişiklik yoxdur, əvvəlki qayda tətbiq olunur. Limit illik limit 2200 kubmetrdir. 

Şəfəq Samed \ Redaktor.az

Vumart və Güvən reklamı Vumart Güvən