Şuşada bankomat və ödəniş terminalı quraşdırılıb

 15:28 29.12.2020     470

İşğaldan azad edilən Şuşa şəhərində "Kapital Bank" ASC-yə məxsus bankomat və ödəniş terminalı quraşdırılıb.

Redaktor.az bildirir ki, bankomatla yanaşı quraşdırılan terminalda kredit ödənişləri, cari hesablara mədaxillər, kart balansının artırılması, müxtəlif dövlət qurumları üzrə, kommunal və rabitə və sair xidmətlərin ödənişlərini, həmçinin pul köçürməsi xidmətindən yararlanmaq mümkündür. 

Yaxın vaxtlarda, həmçinin "Azəriqaz" və "Azərsu"nun smart sayğaclarının yüklənməsi də terminallar vasitəsilə mümkün olacaq.

Vumart və Güvən reklamı Vumart Güvən