İşdən çıxarılan direktor yüksək vəzifəyə təyin olunub? -NAZİRLİKDƏN AÇIQLAMA

 12:47 30.12.2020     1131

Bu gün mətbuatda karantində özünə təntənəli ad günü keçirməsi ilə gündəmə gələn və öz ərizəsi ilə işdən azad edilən keçmiş direktor Nailə Məmmədovanın İctmai Nəzarət Koalisiyasının Təhsil Departamentinin sədri vəzifəsinə təyin edilməsi barədə məlumat yayılıb.

Məsələ ilə bağlı Redaktor.az-a açıqlama verən Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov bu təşkilatın nazirlik ilə əlaqəsinin olmadığını bildirib:

“İctmai Nəzarət Koalisiyası özəl təşkilatdır, dirktorun orada hansısa vəzifə almasının Təhsil Nazirliyi əlaqəsi yoxdur”.

Qeyd edək ki, İctmai Nəzarət Koalisiyasının rəhbəri Rasim Məmmədov N.Məmmədovanın qardaşıdır.

Mahir Xəttab \ Redaktor.az

Vumart və Güvən reklamı Vumart Güvən