Naxçıvan əhalisinin sayı - AÇIQLAMA

 02:11 31.12.2020     250

“Muxtar respublikada həyata keçirilən sosial-iqtisadi islahatlarda və aparılan quruculuq işlərində gənclərin mənzillə təminatı xüsusi yer tutur”.

Redaktor.az-ın məlumatına görə, bunu Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov deyib.

Onun sözlərinə görə, yeni yaşayış kompleksləri və binaların inşası ilə yanaşı, səmərəli ipoteka siyasəti də həyata keçirilir:

“2020-ci ildə muxtar respublikada bu məsələ diqqətdə saxlanılıb, ümumilikdə 114 ailəyə 3 milyon 450 min manatdan artıq ipoteka krediti verilib. Sosial-iqtisadi sahədə əldə edilmiş uğurlar, sabitlik və təhlükəsizliyin təmin edilməsi muxtar respublikada məskunlaşmanın və əhali rifahının yaxşılaşmasına öz təsirini göstərmiş, muxtar respublika əhalisinin sayı artaraq 462 min nəfərə yaxın olub”. //Report

Vumart və Güvən reklamı Vumart Güvən