Vaksindən əvvəl bunu etmək şərtdir, yoxsa... - Həkimdən AÇIQLAMA

 13:25 04.01.2021     767

“Müxtəlif fəaliyyət növlərinin əvvəlki normal iş rejiminə qayıtması üçün vaksinasiyanın nə dərəcədə əhəmiyyətli olmasını cəmiyyətə çatdırmaq məqsədilə gün ərzində KİV-də bir neçə dəfə maarifləndirici reklam çarxları, posterlər təqdim edilməsi vacibdir”.

Bu sözləri Redaktor.az-a həkim-radioloq Aydın Əliyev vaksinasiya ilə bağlı danışarkən deyib.  O bildirib ki, KİV vasitəsilə vaksinasiyanı icra edəcək tibb işçilərinin də maarifləndirilməsi məqsədəuyğun olardı. Çünki qısa zamanda və sərt karantin dövründə bu prosesi icra edəcək tibb işçilərini fərdi olaraq öyrətmək qeyri-mümkündür:

“Bütün insanların təkcə rəsmi pasport qeydiyyatında olduğu məkan üzrə deyil, həmçinin faktiki yaşadığı əraziyə ən yaxın olan tibb müəssisəsinə yaxınlaşaraq rahat şəkildə peyvənd etdirə bilməsini təmin etmək lazımdır. Əks halda virusun daha da geniş yayılmasına zəmin yarana bilər.

Peyvənd etdirmək istəyən şəxslərdən qanında müvafiq antitellərin olub-olmamasına aid analiz tələb edilməlidir.

Sars-Cov-2 virusuna qarşı peyvənd edilmiş şəxslərə müvafiq arayışın təqdim edilməsini uyğun sayıram”.

Mahir Xəttab \ Redaktor.az

Vumart və Güvən reklamı Vumart Güvən