Bakı-Naxçıvan aviareysləri təxirə salınıb

 19:42 04.01.2021     202

Naxçıvan aeroportunda güclü duman olması səbəbindən son 3 gün ərzində Bakı-Naxçıvan-Bakı marşrutu üzrə aviareysləri həyata keçirmək mümkün olmayıb.

Redaktor.az xəbər verir ki, bunu “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski bildirib.

P. Kəsəmənski deyib ki, hava şəraiti normallaşdıqdan sonra Bakı-Naxçıvan-Bakı marşrutu üzrə aviareys bərpa olunacaq:

“Bu halda AZAL bir gün ərzində Bakı-Naxçıvan-Bakı marşrutu üzrə təxirə salınan bütün aviareysləri yerinə yetirəcək”.

Qeyd edək ki, son 3 gündə Bakı-Naxçıvan-Bakı marşrutu üzrə 3 aviareys təxirə salınıb. //APA

Vumart və Güvən reklamı Vumart Güvən