Bakı-Sumqayıt qatarında texniki nasazlıq aradan qaldırılıb
Bakı-Sumqayıt qatarında texniki nasazlıq səbəbindən qatar mənzil başına təxminən 40 dəqiqə gecikib.
Redaktor.az bildirir ki, "Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat Katibliyi şöbəsindən verilən məlumata görə, hazırda nasazlıq aradan qaldırılıb və qatar yola salınıb.
Hadisə ilə əlaqədar saat 18:50-də Bakıdan Sumqayıta yola düşməli olan növbəti qatarın hərəkət qrafiki dəyişib. //APA












