BNA-dan avtobusların qiymət artımı ilə bağlı - AÇIQLAMA
Bakı şəhərində müntəzəm sərnişindaşıma sahəsində dövlət nəzarətini həyata keçirən qurum olaraq, BNA tərəfindən gediş haqqının artırılması ilə bağlı Tarif Şurasına müraciət edilməyib.
Bu barədə Redaktor.az-a BNA-nın Mətbuat katibi Mais Ağayev deyib. Onun sözlərinə görə, Bakı şəhərində fəaliyyət göstərən avtobuslarda qiymət artımı hazırda gündəmdə deyil:
"Bizim hazırda sərnişindaşıma istiqaməti üzrə əsas məqsədimiz vətəndaşlara göstərilən ictimai nəqliyyat xidmətlərinin keyfiyyətinin artırılmasına, onların rahatlığının təmin edilməsinə yönəldilib".
Qeyd edək ki, Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 1 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 80 qəpik müəyyən edilib.
Mahir Xəttab \ Redaktor.az












