Süni qiymət artıranlar sərt cəzalandırılacaq - RƏSMİ AÇIQLAMA

 13:28 06.01.2021     511

Məlum olduğu kimi, Aİ-92 avtomobil benzininin və dizel yanacağının pərakəndə satış qiymətləri üzrə tarif tənzimlənməsi aparılıb və 5 yanvar tarixindən yeni tariflər tətbiq edilir.

Bəs, tarif dəyişikliyindən sui-istifadəyə və əsassız qiymət artımının qarşısı necə alınacaq? 

Məsələ ilə bağlı Redaktor.az-a İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən verilən məlumata görə, süni qiymət artımının qarşısının alınması məqsədi ilə mütəmadi aparılan monitorinqlərin intensivliyi daha da artırılıb:

“Dövlət Xidməti sahibkarların nəzərinə çatdırır ki, nəzarət tədbirləri zamanı qanun pozuntusu halları aşkar edilərsə, qanunvericilikdə nəzərdə tutulmuş ciddi məsuliyyət tədbirləri görüləcək. Bu hallar üzrə cinayət tərkibli əlamətlər müəyyən olunduqda isə, toplanmış materiallar aidiyyəti üzrə hüquq mühafizə orqanlarına göndəriləcək.

İstehlakçılar istehlak bazarında sui-istifadə və əsassız qiymət artımı halları ilə rastlaşdıqda, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət edə bilərlər (tel:498-15-01, 498-15-04)”.

Mahir Xəttab \ Redaktor.az

Vumart və Güvən reklamı Vumart Güvən