Sərt karantin rejimi ilə bağlı SON XƏBƏR - "YUMUŞALDILMALAR OLACAQ..."

 09:32 14.01.2021     973

“Hesab edirəm ki, artıq sərt karantin rejiminin uzadılmasına ehtiyac yoxdur. Çünki uzun müddət sərt karantin rejimi müxtəlif problemlərə yol açılır”.

Bu sözləri Redaktor.az-a həkim-radioloq Aydın Əliyev deyib. Onun sözlərinə görə, karantin rejiminin yumşaldılması daha məqsədəuyğundur:

“Sərt karantin rejimi tətbiq olunduqdan sonra ölkədə yoluxma sayında kifayət qədər azalma var. Bu baxımdan, düşünürəm ki, artıq mərhələli şəkildə yumşaldılmaya getmək olar. Çünki vətəndaşların sosial durumu və psixoloji vəziyyəti də nəzərə alınmalıdır. Uzun müddət karantin rejiminin tətbiqi insanların sosial və psixoloji durumuna təsir edir”.

Mahir Xəttab \ Redaktor.az