Fevralın 27-dən məktəblər və universitetlər açılır? - TƏHSİL NAZİRLİYİ

 10:28 13.01.2021     515

Sosial şəbəkələrdə fevralın 27-dən Azərbaycanda təhsil müəssisələrinin fəaliyyətə başlayacağı ilə bağlı xəbərlər yayılıb.

Redaktor.az xəbər verir ki, Təhsil Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov bildirib ki, bununla bağlı heç bir rəsmi məlumat yoxdur. Onun sözlərinə görə, yayılan məlumatlar əsassızdır.

"Bununla bağlı indidən nəsə demək olmaz. Bu məlumatların heç bir əsası yoxdur. Bununla bağlı dəfələrlə məlumat vermişik.

Heç kim deyə bilməz ki, təhsil ocaqları nə vaxtdan açılır. Ənənəvi təhsilin başlama vaxtı pandemik vəziyyətdən, pandemiya şəraitindən asılıdır.

Bu qərarı da Operativ Qərargah verir və verilən qərar da sonradan mətbuat vasitəsilə yayılır. İnsanlar sosial şəbəkələrdə müzakirələr aparırlar. Kiminsə arzusu olur, yazır”, - deyə Cəsarət Valehov bildirib. //Baku.ws

Vumart və Güvən reklamı Vumart Güvən