Azərbaycanda bu kommunal xidmətlər bahalaşa bilər - AÇIQLAMA

Mart ayında bahalaşmanın olması ilə bağlı müxtəlif iddialar səsləndirilir. Bahalaşmanın əsasən kommunal xidmətlərdə olması gözlənilir.
Redaktor.az xəbər verir ki, bununla bağlı iqtisadçı-ekspert Rəşad Həsənov bildirib ki, məşiət tullantılarının toplanmas, daşınması və utilizasiyası xidmətləri ilə bağlı hissədə qiymətlərin artma ehtimalı çox yüksəkdir:
"Bildiyim qədərilə hökumətdə bununla bağlı müzakirə olunan təkliflər də var. Qiymətlərin artırılması yolu ilə müyyən qədər həmin xidmət müəssisələrinin keyfiyyətinin artırılması gözlənilir. Bu istiqamətdə qiymətlərin bahalaşması ilə bağlı qərarın qəbul edilməsi gözlənilir. Amma konkret vaxt söyləmək çətindir.
Hökumətin müvafiq istiqamətlər üzrə siyasətini həyata keçirən qurumların açıqlamalarını izləsək görərik ki, onlar əksər hallarda mövcud qiymətlərdən narazıdırlar. Müəssisələrin zərərlə işləməsini də, qiymətlərin aşağı olması ilə əlaqələndirirlər. Müəyyən zaman çərçivəsində düşünürəm ki, bu istiqamətdə qərarların verilməsi gözləniləndir". //Sonxeber.az