"AZGRANATA"-da Vətən müharibəsi qaziləri ilə görüş - VİDEO

 15:38 13.01.2021     1768

“AZGRANATA” MMC-nin İdarə Heyətinin sədri Şaiq Mirzəyev şirkətin Vətən müharibəsində iştirak etmiş əməkdaşları ilə görüşüb.

Redaktor.az-ın məlumatına görə, görüşdə əvvəlcə Vətən müharibəsində şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra çıxış edən Ş.Mirzəyev Vətən müharibəsində iştirak edərək uğurlu döyüş yolu keçən, torpaqlarımızın işğaldan azad olunmasında bilavasitə iştirak edən qaziləri Zəfər münasibətilə təbrik edib.

Sədr diqqətə çatdırıb ki, “AZGRANATA” şirkəti hər zaman olduğu kimi, müharibə vaxtı da dövlətimizin və Ordumuzun yanında olub. Ş.Mirzəyev Vətən müharibəsində iştirak etmiş əməkdaşların şirkət tərəfindən bundan sonra da diqqətdə saxlanılacağını deyib.

Sonda çıxış edən qazilər Vətən müharibəsi dövründə ordumuza göstərdiyi mənəvi dəstəyə, səmimi qarşılanmaya və xoş sözlərə görə “AZGRANATA” MMC-nin rəhbərliyinə təşəkkür ediblər.

Qeyd edək ki, Vətən müharibəsində şirkətin 30-a yaxın əməkdaşı iştirak edib.

Şəfəq Samed / Redaktor.az