Bu marşrutların hərəkət sxemləri dəyişəcək

 18:08 13.01.2021     140

Yanvarın 14-də Bakının Binəqədi rayonunun Mirmahmud Kazımovski küçəsi ilə hərəkət edən 52 və 193 nömrəli müntəzəm marşrutların hərəkət sxemləri müvəqqəti olaraq dəyişdiriləcək.

Redaktor.az bildirir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat verib.

Məlumata görə, dəyişikliyə səbəb küçənin Əlillərin Bərpa Mərkəzinin qarşısından Mirzə Məmmədxan küçəsinə qədər olan hissəsində aparılacaq təmir işləridir.