Toylarla bağlı Operativ Qərargahdan AÇIQLAMA - Martın 15-dən...

 12:18 14.01.2021     631

Azərbaycanda bir ilə yaxındır ki, koronavirus pandemiyasına görə toy və yas mərasimlərinin, eləcə də digər kütləvi insanların toplaşdığı yığıncaqların keçirilməsinə icazə verilmir.

Redaktor.az xəbər verir ki, toyların müəyyən qaydalar çərçivəsində, yəni 50-80 nəfərlə qonaq dəvət edilməklə keçirilməsinə icazə verilməsinin vacib olduğu bildirilir.

Azərbaycanda koronavirusa yoluxanların sayında azalma müsbət dinamika ilə davam edir. Eləcə də ölənlərin sayında xeyli azalma var. Bundan əlavə, yaxın vaxtlarda ölkədə koronavirus əleyhinə peyvəndlənmə başlayacaq.

Bəs, martın 15-dən sonra 80 nəfər qonaqla toyların keçirilməsinə icazə verilə bilərmi?

Bununla bağlı  Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib ki, ölkə ərazisində sərt karantin rejimi yanvarın 18-nə kimi davam edir:

"Martın 15-dən sonra 80 nəfərlə toyların keçirilməsinə icazənin verilib-verilməməsi ilə bağlı məndə heç bir məlumat yoxdur. Çünki bu barədə hələlik heç bir rəsmi qərar yoxdur". //Sonxeber.az