Bakıda təcili yardıma müraciətlərin sayı açıqlanıb

 12:31 14.01.2021     77

"2020-ci il ərzində Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 702 min 426 ümumi müraciət daxil olub”.

Redaktor.az-ın məlumatına görə, bunu BŞT və TTYS-nin Baş həkiminin müavini İradə Əliyeva deyib. O bildirib ki, bunlardan 77 min halda hospitalizasiya icra edilib. Uşaqlar üçün edilən çağırışların sayı 53 min 800, onlardan xəstəxanalara yerləşdirilənlərin sayı isə 9 mindən artıq olub. 

“Keçən illə müqayisədə ümumi müraciətlərin və uşaq çağırışlarının sayında azalma qeyd edilsə də, hospitalizasiyada nəzərə çarpan artım var”. //APA