Gəncədə koronavirusla bağlı peyvənd otaqları yaradılıb - FOTO

 18:58 14.01.2021     118

Gəncədə iki tibb müəssisəsində koronavirusla bağlı peyvənd otaqları yaradılıb. 

Redaktor.az-ın məlumatına görə, Abbas Səhhət adına 1 saylı və 2 saylı poliklinikalarda vətəndaşların peyvənd olunması prosesi həyata keçiriləcək.

Hər iki tibb müəssisəsində 5 otaq olmaqla ümumilikdə 10 ayrıca otaq hazırlanıb. Artıq peyvənd prosesinin təşkili ilə bağlı bütün lazımı tədbirlər görülüb. Bu otaqlarda gün ərzində 100 nəfərin peyvənd edilməsi mümkündür.

Vaksinasiya tədbirləri tək dövlət səhiyyə müəssislərində həyata keçirilməyəcək. İlkin məlumata görə, özəl tibb ocaqlarında da xüsusi peyvənd otaqları yaradılacaq.

Vaksinasiyadan sonra allergik reaksiya verə biləcək şəxslər üçün də xüsusi otaq yaradılıb.

//APA